Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı                    Təhvil verilən erməni hərbçilərin - Adları                    ““Omicron” pandemiyaya son qoya bilər”                    Düşmən digər ərazilərin mina xəritələrini Azərbaycana verdi                    Azərbaycan 10 erməni hərbçini təhvil verdi                    İstirahət gününün havası açıqlandı                    Rəsmi Bakıdan İsveçdə baş tutmayan görüşlə bağlı - Açıqlama                    Bu gün neçə nəfər yoluxub?                    Komandolar taktiki təlimdə - VİDEO                    Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb                
Yenə bahalaşır: hökumətdən daha bir dəyişiklik - NƏ ETMƏLİ?
4 Kas 2021 | 09:00
Yenə bahalaşır: hökumətdən daha bir dəyişiklik - NƏ ETMƏLİ?

Azərbaycanda kommunal tariflərinin bahalaşmasından sonra rüsumların artırılması davam etdirilir. Bu dəfə bəzi malların aksiz dərəcələrinin yüksləldilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək.

Layihəyə əsasən, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq minik avtomobillərinə görə aksiz dərəcələri artırılır. Məsələn, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 min 600 manat+mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz vergisi tətbiq etmək təklif olunur. Hazırda 53 min 600 manat+5000-dən artıq hər kubsantimetrə görə 70 manat aksiz ödənilir.

Bundan əlavə, içməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırıla bilər. Layihəyə əsasən, bu məhsulların hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3.2 manatdan 4 manata yüksəldilir.

Siqaretə tətbiq olunan aksiz dərəcəsi də artırılır. Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 35 manat aksiz dərəcəsi 38.5 manata çatdırılır.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Orada qeyd edilib ki, təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir.

Bundan başqa, layihədə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Həmçinin, istehsalı 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı, satışının 2022-ci il yanvarın 1-dən 3 il ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, iki gün əvvəl İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 266 adda xidmətin rüsumları əhəmiyyətli dərəcədə artırılması ilə bağlı layihələr müzakirə olunaraq Milli Məclisin plenar sessiyasına təqdim olunub. Yaxın günlərdə parlamentdə “Dövlət rüsumu haqqında” qanun layihəsi və bir sıra başqa qanun layihələrinə dəyişikliklər müzakirə ediləcək.

İqtisad elmləri doktoru Nazim Bəydəmirli Pressklub.az-a şərhində bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əslində normal yanaşmaq olar. “Bu, onunla izah olunacaq ki, mühərrik həcmi böyük olan avtomobilləri ölkəyə əsasən zəngin insanlar gətirir. Onların bu vəsaiti ödəməyə imkanları var. Amma mən bu yanaşmanı doğru saymıram. Çünki istənilən vergi tənzimlənməsi daxili istehsalın stimulaşdırılmasına gətirib çıxarmalıdır. Bu dəyişikliyin büdcə gəlirlərinin artırılması məqsədi ilə edildiyi qənaətindəyəm. Nəticədə bu avtomobillərdən ölkəyə az gətiriləcək və az istifadə olunacaq”,-deyə iqtisadçı qeyd edib.

N. Bəydəmirli tütün məhsulları və spirtli içilərin aksizlərinin artırılmasına da normal yanaşdığını qeyd edib: “Yaxşı olardı, insan sağlamlığına zərərli vərdişlərdən hamı çəkinsin. Amma bunu təkcə vergiləri artırmaq yolu ilə həll etmək mümkün deyil. Nə siqarət çəkənlərin, nə də spirtli içənlərin sayı azalmayacaq. Hesab edirəm ki, təşviq, maarifləndirmə ilə insanları bu məhsulların istehlakından çəkindirmək lazımdır. Bu məhsullar bahalaşdıqca təbii ki, ailə büdcəsinə mənfi təsir göstərəcək. Bu məhsulların optimal qiymətləri müəyyən edilməlidir”.

Elektrikli və hibrid avtomobillərin idxalı ilə bağlı özlənilən dəyişikliyə gəlincə iqtisadçı bunu gecikmiş addımlardan biri adlandırdı. Onun sözlərinə görə, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu avtomobillərin istifadəsini stimullaşdırmaq lazımdır: “Bu addım yetərli deyil, daha geniş qərarlara ehtiyac var. Hibrid avtomobillərin alınması üçün hökumət müxtəlif təşviqedici addımlar atmalıdır. Məsələn, Norveçdə belə avtomobil alanlara faizsiz kreditlər verilir. Bəzi ölkələrdə isə daxili yanma mühərriki ilə çalışan maşınları dövlət alır, onun əvəzinə elektriklə çalışan avtomobillər verir”.

N. Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda vergi dərəcələri çox yüksək olmasa da, az da deyil. İqtisadçı hesab edir ki, atılan addımlar iqtisadi stimullaşdırmaya töhfə verməlidir:

“Bizim hökumətə tövsiyəmiz odur ki, fiskal siyasətlə bərabər, iqtisadi stimullaşdırmanı da gücləndirsin. O zaman vergi bazası genişlənir, ödəyicilərə də narahatlıq yaranmır. Bizdə Qərb ölkələrinin təcrübəsindən yararlanırlar, amma onu nəzərə almırlar ki, orada oliqarx-məmur sahibkarlığı yoxdur. Bizdə daha çox vergi ödəməli olan bizneslər məmur sahibkarlığına məxsusdur. Vergilərin bu sahələrə girişi demək olar ki, məhduddur. Qərbdə daha çox proqressiv şkala ilə əmlakdan vergi tutmaq effektli gəlir sayılır. Bizdə məmurlar müxtəlif mənbələrdən yaralanırlar, amma rüsum artımları onlara yox, hamıya təsir göstərir”.

İqtisadçı Natiq Cəfərli isə Pressklub.az-a bildirib ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi yaxşı xəbərdir. Onun sözlərinə görə, bununla bərabər ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin vergisi ləğv edilmir, amma onların şarjı üçün istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilir: “İli 3 ildən köhnə, mühərrik həcmi 2000 sm3-dən yuxarı olan avtomobillərin aksiz vergisi kəskin artır, 7 ildən artıq olanlar isə fantastik olaraq artırılır. Bunun müsbət tərəfi odur ki, ekoloji cəhətdən problem yaradan mühərrik həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsi azalacaq, amma artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətləri kəskin artacaq”. //pressklub.az//
 
   
Xəbər lenti
Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı
4-12-2021, 22:18
Təhvil verilən erməni hərbçilərin - Adları
4-12-2021, 21:52
““Omicron” pandemiyaya son qoya bilər”
4-12-2021, 21:26
Düşmən digər ərazilərin mina xəritələrini Azərbaycana verdi
4-12-2021, 21:06
Azərbaycan 10 erməni hərbçini təhvil verdi
4-12-2021, 18:41
İstirahət gününün havası açıqlandı
4-12-2021, 18:06
Rəsmi Bakıdan İsveçdə baş tutmayan görüşlə bağlı - Açıqlama
4-12-2021, 17:28
Bu gün neçə nəfər yoluxub?
4-12-2021, 16:59
Komandolar taktiki təlimdə - VİDEO
4-12-2021, 16:25
Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb
4-12-2021, 15:17
Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi
4-12-2021, 14:50
Ərdoğan ölkəsinin brend adını dəyişdi - FOTO
4-12-2021, 14:26
“Caliber”: “Moskvada Qarabağ üçün Donbas ssenarisini kim hazırlayır?” - VİDEO
4-12-2021, 13:52
Aygün Kazımovanın paltarından geyindi - Fotolar
4-12-2021, 13:17
Gürcüstanda COVİD-19-dan daha 40 nəfər ÖLDÜ
4-12-2021, 12:15
Baş məşqçi növbəti dəfə Mahir Emrelini tənqid ETDİ
4-12-2021, 11:48
Helikopter qəzasında yaralanan sərhədçilərdən XƏBƏR VAR
4-12-2021, 11:00
O dəhşətli gündən 6 il keçdi...
4-12-2021, 10:22
Koronavirusa yoluxan işçilərin maaşı niyə kəsilir?
3-12-2021, 17:30
Xocavənddə hərbçimizə hücum edən erməni zərərsizləşdirildi
3-12-2021, 17:03
Həbsdə olan 24 qadın azadlığa buraxıldı
3-12-2021, 14:40
Ceyhun Bayramovla Mirzoyan bu gün görüşə bilər
3-12-2021, 14:19
Azərbaycanda bu qanun LƏĞV EDİLDİ
3-12-2021, 13:49
Yeni təyin edilən nazir müavini bu işindən İSTEFA VERDİ
3-12-2021, 13:23
İlham Əliyev Ordu ilə bağlı TAPŞIRIQ VERDİ
3-12-2021, 12:55
Gələn ilin büdcəsi III oxunuşda qəbul edildi - YENİLƏNİB
3-12-2021, 12:03
Hərbçimiz qayadan yıxılaraq HƏLAK OLDU
3-12-2021, 11:26
Bakıda xanım sərnişin taksidə qısnamaya MƏRUZ QALDI
3-12-2021, 11:19
Neft bahalaşdı
3-12-2021, 09:34
“Ermənilərlə münasibətləri bərpa etməliyik, ancaq...” - GƏLİŞMƏ
3-12-2021, 08:52
Mahir Emreli Dubaya yollanır - RƏSMİ
3-12-2021, 08:13
Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş...
3-12-2021, 08:00
Bu da Azərbaycanın “Avroviziya” mahnısı - Video
3-12-2021, 07:42
Azərbaycan PUA-ları havaya qaldırıldı - VİDEO
2-12-2021, 14:41
Hikmət Hacıyev beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə ÇAĞIRDI
2-12-2021, 14:25
"Rövşən Lənkəranski"nin düşməninə 8 illik HƏBS CƏZASI - FOTO
2-12-2021, 13:43
Fuad Muradov Britaniyaya səfər edib
2-12-2021, 13:22
Prezident Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
2-12-2021, 12:53
"Paşinyan tezlikdə dostunu səfir təyin edəcək" - Erməni KİV
2-12-2021, 12:17
"Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq" - Hikmət Hacıyev
2-12-2021, 11:53
Türkiyədə 6 PKK üzvü SAXLANILDI
2-12-2021, 11:34
3-cü dozanı vurduranlar üçün 4-cü məcburidir?
2-12-2021, 10:59
Aksiyada saxlanılan Rüstəm məhkəməyə çıxarılacaq
2-12-2021, 10:32
Şəmkirdə polkovniklə mayor nöqsanlara görə işdən çıxarıldı
2-12-2021, 10:06
Deputatın bacısı oğlunu maşın vurub öldürdü - FOTO
2-12-2021, 09:45
Bakıda “Mamajan” gürcü restoranı XƏSTƏLİK MƏNBƏYİDİR... - GİLEY
2-12-2021, 09:13
İlham Əliyev bu Sərəncamı LƏĞV ETDİ
1-12-2021, 17:43
İran parlamentinin binasında yanğın: Deputatlar təxliyə edildi
1-12-2021, 17:06
İran parlamentinin binasında yanğın: Deputatlar təxliyə edildi
1-12-2021, 17:06
"Qarabağdan söz düşəndə başımı aşağı salırdım" - Şəhid kapitanın atası
1-12-2021, 14:31
ÜST-ə daxil olan ölkələr koronavirusla bağlı razılaşma imzalayacaq
1-12-2021, 14:28
Sabah Bakıda yağış yağacaq
1-12-2021, 13:32
Səudiyyə Ərəbistanında "Omikron" ştamı aşkarlandı
1-12-2021, 13:05
Şəhidlərlə vida mərasimi keçirilir - YENİLƏNİB
1-12-2021, 12:14
Nazarbayev İlham Əliyevə başsağlığı verdi
1-12-2021, 11:54
Şəhidlərlə vida mərasimi saat 12-də keçiriləcək
1-12-2021, 11:24
Helikopter qəzasında həlak olan hərbçilərimizin cənazələri bu gün ailələrinə təhvil veriləcək - VİDEO
1-12-2021, 10:07
Laçına suyun verilməsi təmin edildi
1-12-2021, 09:45
“Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı” - Selçuk Bayraktar
1-12-2021, 09:26
Laçının işğaldan azad olunmasından bir il ötür
1-12-2021, 08:37
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
30-11-2021, 18:14
Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
30-11-2021, 17:54
Helikopter qəzasında həlak olan baş leytenantın FOTOSU
30-11-2021, 17:34
İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verdi
30-11-2021, 16:54
AZAL-ın “qara siyahı”sı - 16 nəfər əfv edildi
30-11-2021, 14:51
İlham Əliyev pakistanlı naziri qəbul etdi
30-11-2021, 14:31
Prezidentdən Aşıq Ələsgərlə bağlı SƏRƏNCAM
30-11-2021, 14:13
Nərgizə hücum edən şəxs saxlanıldı
30-11-2021, 13:48
Türkmənistanın birinci xanımı ilk dəfə görüntüləndi
29-11-2021, 10:34
Kəlbəcərin İstibulaq kəndi - VİDEO
29-11-2021, 10:05
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - Video
29-11-2021, 09:43
"Music Gallery"də YANĞIN
29-11-2021, 09:20
Neft kəskin bahalaşdı
29-11-2021, 08:32
Prezidentdən imzalanmış sənədlə bağlı - Açıqlama
29-11-2021, 08:15
Səbahət Lənkəranlı.
29-11-2021, 07:50
“Caliber”: Zaxarovanın Soçi görüşü ərəfəsindəki çağırışı - VİDEO
27-11-2021, 22:40
 
 
Təsisçi və baş direktor: Seyidov Rəfael
Ünvan: Binəqədi ray. Sulutəpə qəs. R.Allahverdiyev küç. ev131
Tel: (+99450) 264-31-31

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.