“Caliber”: Zaxarovanın Soçi görüşü ərəfəsindəki çağırışı - VİDEO                    Mustafa Şentop: “Parlamentlərimiz arasında səfərlərin artırılması olduqca mühümdür”                    İbrahim Rəisi Türkmənistana səfər edib                    "Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var" - "Taliban"                    Bu gün neçə nəfər yoluxub?                    Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanını qəbul etdi                    Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı                    Ərdoğanın Türkmənistana səfəri başladı                    Şəmkirdə bazar yandı - VİDEO                    Qadını şəkilləri ilə şantaj edərək qızıllarını alan şəxs saxlanıldı                
Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ
18 Ekm 2021 | 12:03
Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir.

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Azərbaycan tarixinin bu ağır dönəmində ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik "Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı.

Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır.

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Hörmətli həmvətənlər!

Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!".
 
   
Xəbər lenti
“Caliber”: Zaxarovanın Soçi görüşü ərəfəsindəki çağırışı - VİDEO
Dün, 22:40
Mustafa Şentop: “Parlamentlərimiz arasında səfərlərin artırılması olduqca mühümdür”
Dün, 21:05
İbrahim Rəisi Türkmənistana səfər edib
Dün, 20:46
"Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var" - "Taliban"
Dün, 20:12
Bu gün neçə nəfər yoluxub?
Dün, 18:28
Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanını qəbul etdi
Dün, 17:58
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı
Dün, 13:25
Ərdoğanın Türkmənistana səfəri başladı
Dün, 13:00
Şəmkirdə bazar yandı - VİDEO
Dün, 12:28
Qadını şəkilləri ilə şantaj edərək qızıllarını alan şəxs saxlanıldı
Dün, 11:59
Peskovdan üçtərəfli görüşlə bağlı AÇIQLAMA
Dün, 11:56
Türkiyədə zəlzələ oldu
Dün, 11:12
Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva... - TƏHLİL
Dün, 11:00
İlham Əliyev sülhməramlılardan DANIŞDI
26-11-2021, 16:56
"Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” - Putin
26-11-2021, 16:50
Yoluxanların sayı açıqlandı
26-11-2021, 16:24
İlham Əliyev və Putin arasında ikitərəfli görüş başladı
26-11-2021, 16:07
Tanınmış diktor vəfat etdi
26-11-2021, 13:46
Ali məktəblərə qəbul proqramına dəyişiklik edildi
26-11-2021, 13:17
Elman Rüstəmov bu vəzifəsini İTİRDİ - FOTO
26-11-2021, 12:45
İlham Əliyev Soçiyə getdi
26-11-2021, 12:15
Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutdu - FOTO
26-11-2021, 11:50
Azərbaycanda Bələdiyyə Məcəlləsinin qəbul edilməsi təklif olunur
26-11-2021, 10:54
Onu oğurlamaq istəyən şəxsin əlindən qurtulan 5-ci sinif şagirdi DANIŞDI - VİDEO
26-11-2021, 10:13
İran Qasim Süleymanini öldürənləri edam edəcək
26-11-2021, 09:51
Azərbaycanda hərbçi BIÇAQLANDI
26-11-2021, 09:32
BAHALAŞMA MƏRƏZİ: Süni yaradılıb, yoxsa xaricdən gətirilib... - Məmurlarla ekspertlərin qiymət mübahisəsi
26-11-2021, 08:53
Bu gün üçtərəfli görüş var - Diqqətlər Soçiyə
26-11-2021, 08:28
YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ
25-11-2021, 17:37
Yoluxanların sayı açıqlandı
25-11-2021, 17:18
Baş nazirdən Şuşa ilə bağlı QƏRAR
25-11-2021, 16:52
Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı
25-11-2021, 16:28
Bakıda maşın işə gedən müəllimi vurub ÖLDÜRDÜ
25-11-2021, 14:32
Təhsil krediti alacaq tələbələrin sayı AÇIQLANDI
25-11-2021, 13:53
Teymur Rəcəbov Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOLAR
25-11-2021, 12:38
Azərbaycanda polis özünü GÜLLƏLƏDİ
25-11-2021, 12:12
Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO
25-11-2021, 11:18
"Qadınlar əzab çəkirdi" - Cəhənnəmi gördüyünü iddia edən şəxs
25-11-2021, 10:46
Mikayıl Cabbarovdan Kəlbəcərlə bağlı PAYLAŞIM
25-11-2021, 10:26
Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür
25-11-2021, 09:00
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?
24-11-2021, 17:55
İlham Əliyevdən şəhid ailələri ilə bağlı FƏRMAN
24-11-2021, 17:22
Prezident Musa Quliyevi “Şöhrət” ordeni ilə təltif ETDİ
24-11-2021, 16:54
DİN piyada və sürücülərə müraciət etdi
24-11-2021, 16:21
Tanınmış uzman-həkim vəfat etdi - FOTO + VİDEO
24-11-2021, 14:15
Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi
24-11-2021, 13:40
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
24-11-2021, 13:28
Ramiz Mehdiyev AMEA-dakı korrupsiya faktlarına görə bu şəxsi İTTİHAM ETDİ
24-11-2021, 13:22
Şəhid ailələrinin üzvlərinə vergi güzəşti artırılır
24-11-2021, 11:29
Vilayət Eyvazov sabiq DYP rəisinə yeni VƏZİFƏ VERDİ - FOTO
24-11-2021, 10:49
Deputatlar bu gün 24 məsələni müzakirə edəcək
24-11-2021, 09:39
Deputatlar bu gün 24 məsələni müzakirə edəcək
24-11-2021, 09:39
Laçın Dəhlizi ƏBƏDİDİRMİ? - HƏQİQƏTƏN DƏ...
24-11-2021, 09:07
Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?
24-11-2021, 08:44
"Digər dəniz şəhərlərinin ələ keçirilməsi Rusiyanın planıdır" - GƏLİŞMƏ
24-11-2021, 08:21
Prezident Baş Prokurorla bağlı Sərəncam İMZALADI
23-11-2021, 18:05
Prezident Baş Qərargah rəisi ilə bağlı SƏRƏNCAM verdi
23-11-2021, 17:49
Dövlət Başçısından Ənvər Əfəndiyevlə bağlı SƏRƏNCAM
23-11-2021, 17:24
İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM İMZALADI
23-11-2021, 17:11
"Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək" - Ərdoğan
23-11-2021, 14:19
"Mədəniyyət Nazirliyində iki yeni şöbə yaradılıb" - Anar Kərimov
23-11-2021, 14:02
MEDİA jurnalistlər üçün müsabiqə elan edir - VİDEO
23-11-2021, 13:30
"Bahalaşma belimizi qırır" - Deputat hökumətə müraciət etdi
23-11-2021, 12:59
İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi
23-11-2021, 12:43
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “100 manat məbləğində cərimə nəzərdə tutulub”
23-11-2021, 12:21
Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat etdi
23-11-2021, 10:45
Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat etdi
23-11-2021, 09:47
“Yekun delimitasiya qərarı Brüsseldə yox, Moskvada veriləcək” - İNCƏLƏMƏ...
23-11-2021, 08:51
Bakıda qadının müəmmalı ölümü ilə bağlı sürücü polis tərəfindən saxlanılıb - VİDEO
23-11-2021, 08:22
Camal Qaşıqçının nişanlısı Castin Biberə müraciət etdi
23-11-2021, 08:18
Əməliyyatda ölən şəxsin ailəsi həkimdən şikayətçidir
22-11-2021, 17:20
Azərbaycanlı milyonçunun nəvəsi Rusiyanın məşhur gecəsində - Fotolar
22-11-2021, 16:33
"Putin-Bayden görüşündə bu müzakirə olunacaq" - Lavrov
22-11-2021, 16:11
İlham Əliyev Çong Soo Parkı qəbul etdi - YENİLƏNİB
22-11-2021, 14:36
Azərbaycanda bu vaksinin istifadə müddəti uzadıldı
22-11-2021, 14:22
Azərbaycanda karantin sərtləşdiriləcək? - VİDEO
22-11-2021, 13:25
 
 
Təsisçi və baş direktor: Seyidov Rəfael
Ünvan: Binəqədi ray. Sulutəpə qəs. R.Allahverdiyev küç. ev131
Tel: (+99450) 264-31-31

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.