“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi                    Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ                    Artur Rasi-zadənin səhhətində problem - xaricə aparıldı                    "O geyimə görə anam məni danladı" - Əməkdar artist                    Azərbaycanda fövqəladə hadisələr zamanı 36 nəfər ölüb                    DÖVLƏT BAŞÇISI FÜZULİ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ                    Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərildi                    Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI                    Bu tarixdən temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ                    DİM bu həftə imtahan keçirəcək                
Yalançı təhsil şəbəkəsi iş başındadır - Diqqət!
13 Ekm 2021 | 09:18
Yalançı təhsil şəbəkəsi iş başındadır - Diqqət!

Baş Prokurorluq xaricdə təhsil almaq adı ilə dələduzluq edən şəxslərlə bağlı vətəndaşlara müraciət edib. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirlir ki, son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb. Prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir.

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Təhsl eksperti qeyd edib ki, ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib:

"Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb. Ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu, hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər".

K.Əsədov qeyd edib ki, təəssüf doğurucu bir reallıqdır ki, insanların çoxunu təhsil yox, diplom düşündürür:

"Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur.

Çünki ölkə qanunvericiliyi bu yolla "təhsil" alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər. Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan tələbələrin Ukrayna, Gürcüstan kimi universitetlərin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır. Belə ki, Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan fədakarlıq edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz".

Təhsil eksperti əlavə edib ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər:

"İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollanılmalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə, orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur. Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüansa diqqət yetirməlidir. Birincisi, övladlarının təhsil alacağı universitetin nostirifkasiya.edu.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığına baxmalıdırlar. İkincisi, həmin universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığına diqqət etmək lazımdır. Bunlar ilkin əsas səbəblərdir. Hər il yüzlərlə valideyn xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılıb. Əsasən, valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur. Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq, amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər. Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirmirlər. Bu baxımdan valideynlər son dərəcə diqqətli olmalıdırlar".
 
   
Xəbər lenti
“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi
Bugün, 13:14
Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ
Bugün, 11:57
Artur Rasi-zadənin səhhətində problem - xaricə aparıldı
Bugün, 11:52
"O geyimə görə anam məni danladı" - Əməkdar artist
Bugün, 10:36
Azərbaycanda fövqəladə hadisələr zamanı 36 nəfər ölüb
Bugün, 09:59
DÖVLƏT BAŞÇISI FÜZULİ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ
Dün, 19:22
Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərildi
Dün, 18:46
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Dün, 18:13
Bu tarixdən temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dün, 17:50
DİM bu həftə imtahan keçirəcək
Dün, 15:20
Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında - FOTOLAR (YENİLƏNİB)
Dün, 14:57
Bu şəxslər Türkiyəyə F-16-ların verilməməsini tələb etdi
Dün, 14:35
Azərbaycanın vaksin pasportları bu ölkədə tanınacaq
Dün, 14:15
Zəngilanda çalışmaq üçün bu iş yerləri təklif olunur - SİYAHI
Dün, 13:57
Azərbaycanda 3477 şagird COVID-19-a yoluxub - RƏSMİ
Dün, 13:25
Azərbaycanda 20 ildir vəzifədə çalışan şəxs İŞDƏN ÇIXARILDI
Dün, 11:54
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi
Dün, 11:34
Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır
Dün, 11:06
Xudayar Yusifzadənin anım günüdür
Dün, 10:19
Neft ucuzlaşdı
Dün, 09:47
İranla DAVAMIZ BİTDİMİ? - AKTUAL
Dün, 08:43
Vətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI
21-10-2021, 18:19
Həyat yoldaşı şəhidin anım mərasiminə gedərkən FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
21-10-2021, 17:48
Son sutkada yoluxmadan 20 nəfər ölüb
21-10-2021, 17:32
Prezident şəhid ailələri ilə bağlı qanuna DƏYİŞİKLİK ETDİ
21-10-2021, 17:18
Məktəblər bağlansa, yoluxma azalacaq? – AÇIQLAMA
21-10-2021, 15:03
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək
21-10-2021, 14:49
Azərbaycanda FACİƏ: Ana doğuş zamanı öldü
21-10-2021, 14:04
Prezident cəbhəyə yollandığı gün övladı doğulan şəhidin atası ilə görüşdü - Foto
21-10-2021, 13:11
İlham Əliyev İran-Ermənistan sərhədindəki yeni hərbi hissədə - Fotolar
21-10-2021, 12:32
İlham Əliyev və xanımı Zəngilanda - YENİLƏNİB
21-10-2021, 11:40
"Məktəblərin bağlanması məsələsi gündəmimizdə olmayacaq" - Fəxrəddin Qoca
21-10-2021, 11:38
Türkiyə 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi ALACAQ
21-10-2021, 10:56
Bakıda polis əməkdaşı qəzaya DÜŞDÜ
21-10-2021, 09:23
Alimlərdən pandemiyadan daha təhlükəli qlobal fəlakət barədə XƏBƏRDARLIQ
21-10-2021, 09:03
Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq
21-10-2021, 08:30
Mincivan qəsəbəsinin və 20 kəndin azad edilməsindən bir il ötür – SİYAHI
21-10-2021, 08:07
Prezidentlə xanımının Zəngilan səfərindən FOTOLAR
21-10-2021, 07:39
Prezident xanımı ilə Zəngilana gedib
20-10-2021, 17:48
Jurnalistin cinayət işi məhkəməyə göndərildi
20-10-2021, 17:27
Yoluxanların sayı yenə artdı
20-10-2021, 16:59
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
20-10-2021, 14:37
Bu ölkə vətəndaşlarımız üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırdı
20-10-2021, 14:10
Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olundu
20-10-2021, 13:45
Şuşada Molla Pənah Vaqifin büstü qoyuldu
20-10-2021, 13:08
Qaxda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
20-10-2021, 12:25
Mehriban Əliyevadan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı PAYLAŞIM
20-10-2021, 12:00
Ərdoğan Nigeriyaya getdi
20-10-2021, 11:40
DTX rəisi BQXK-nin vitse-prezidenti ilə görüşdü
20-10-2021, 11:01
Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi
20-10-2021, 10:25
Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO
20-10-2021, 09:44
Mütəxəssislərdən “Super qrip” XƏBƏRDARLIĞI
20-10-2021, 09:02
Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da ÖLDÜ
20-10-2021, 08:43
Zəngilanın işğaldan azad edilməsindən bir il ötür - SİYAHI
20-10-2021, 08:27
Yoluxanların sayı yenə 2000-i keçdi
19-10-2021, 17:34
Bu qaydalar vergi işçilərinə də aid ediləcək - Baş nazirdən QƏRAR
19-10-2021, 17:27
Prezident Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM İMZALADI
19-10-2021, 16:50
Media islahatları haqda fərmanda dəyişiklik edildi
19-10-2021, 16:27
Prezident Valeh Ələsgərovu ordenlə TƏLTİF ETDİ
19-10-2021, 16:12
"Azərbaycana qarşı hər hansı təhdid olarsa..." - Nazirdən XƏBƏRDARLIQ
19-10-2021, 14:27
Ərdoğan bu tarixdə Azərbaycana gələcək
19-10-2021, 14:22
Türkiyə 10 ölkənin səfirini XİN-ə çağırdı
19-10-2021, 12:56
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
19-10-2021, 12:26
Laçında Quru Qoşunlarının təlimi başladı
19-10-2021, 11:48
Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi
19-10-2021, 11:16
Əməkdar artistin atası vəfat etdi
19-10-2021, 10:53
"İsrail İranın nüvə obyektlərini vurmaq üçün 1,5 milyard dollar ayırdı" - KİV
19-10-2021, 10:24
“44” hər yerdən görünəcək
19-10-2021, 09:51
Bu gün ÇL-də 8 matç var
19-10-2021, 08:07
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
18-10-2021, 14:31
Bakının bu məktəb-liseyi koronavirusa görə bağlanır
18-10-2021, 14:10
Sosial ödənişlərin artımının kimləri əhatə edəcəyi açıqlandı
18-10-2021, 13:47
Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB
18-10-2021, 13:19
"Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı
18-10-2021, 12:49
İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR
18-10-2021, 12:09
Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ
18-10-2021, 12:03
 
 
Təsisçi və baş direktor: Seyidov Rəfael
Ünvan: Binəqədi ray. Sulutəpə qəs. R.Allahverdiyev küç. ev131
Tel: (+99450) 264-31-31

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.