“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi                    Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ                    Artur Rasi-zadənin səhhətində problem - xaricə aparıldı                    "O geyimə görə anam məni danladı" - Əməkdar artist                    Azərbaycanda fövqəladə hadisələr zamanı 36 nəfər ölüb                    DÖVLƏT BAŞÇISI FÜZULİ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ                    Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərildi                    Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI                    Bu tarixdən temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ                    DİM bu həftə imtahan keçirəcək                
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?
11 Ekm 2021 | 10:32
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?


Bu səfər həm qanunverici orqanlar arasında münasibətləri yenidən nəzərdən keçirməyə və prioritetləri dəyərləndirməyə, həm də Azərbaycanın mövqeyini Slovakiya ictimaiyyətinə çatdırmağa imkan verdi.

Ötən il Azərbaycanın möhtərəm Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı olub. Bu mərhələdə dövlətimizin qarşısında yeni vəzifələr dayanır. Təbii ki, bu hədəflərin reallaşdırılmasında Milli Məclisin də üzərinə mühüm vəzifələr düşür. Hazırda ölkəmizin parlament diplomatiyasının bütün imkanları məhz bu məqsədlərə yönəlib.

Qeyd edim ki, ötən dövrdə Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətləri bir sıra xarici ölkələrdə səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak edib, milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstərib, ölkəmizin bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi prioritet sahələrdən biri olub. Bu səfərlər parlament diplomatiyasının uğurla həyata keçirilməsinə imkan verir.
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır

Altıncı çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində Milli Məclis Sədrinin başçılıq etdiyi nümayəndə heyətləri Türkiyədə (10-12 sentyabr 2020-ci il), Rusiya Federasiyasının Moskva şəhərində (21-23 sentyabr 2020-ci il), MDB PA-nın Şura, 52-ci Plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək məqsədilə Sankt-Peterburq şəhərində (14-16 aprel 2021-ci il), İtaliya Respublikasında (17-19 may 2021-ci il), Pakistan İslam Respublikasında (31 may – 4 iyun 2021-ci il), Macarıstanda (28 iyun – 1 iyul 2021-ci il), İran İslam Respublikasında (5-6 avqust 2021-ci il), Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün Avstriyada (5-9 sentyabr 2021-ci il), Qazaxıstan Respublikasında (27-29 sentyabr) rəsmi və işgüzar səfərlərdə olub. Bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılmış, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Düşünürəm ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin 7- 9 oktyabr tarixlərində Slovakiya Respublikasına rəsmi səfərini də məhz bu kontestdə dəyərləndirmək daha məqsədəuyğun olardı.
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Azərbaycan Aİ-yə üzv ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. O cümlədən, Azərbaycan Aİ-yə üzv ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. Ona görə də düşünürəm ki, qarşılıqlı səfərlər və faydalı dialoq bu münasibətlərin inkişafına töfhə verir. Parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına əhəmiyyətli rol oynaya bilər. İnanıram ki, qanunverici orqanlar arasında münasibətlərin dərinləşməsi ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəkdir.

Qeyd edim ki, səfər çərçivəsində nümayəndə heyətimizin Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar, Slovakiya Respublikasının Xarici İşlər naziri İvan Korçok, habelə Slovakiya parlamentinin Azərbaycanla əməkdaşlıq qrupunun üzvləri ilə məhsuldar görüşləri keçirildi, parlamentlərarası əlaqələrin, ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Qarabağ münaqişəsi artıq tarixə qovuşub!

Keçirilən bütün görüşlərdə Milli Məclisin sədri Sahibə xanım Qafarova Slovakiyalı həmkarlara Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında məlumat verdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu diqqətə çatdırdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa etdi. Spiker Sahibə Qafarovanın çıxışlarında bir mühüm tezis də qırmızı xətlə keçirdi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub!
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Zəngəzur dəhlizi həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına töhfə olacaq

Bu səfərin əhəmiyyətini şərtləndirən digər mühüm məqam Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə obyektiv çatdırılmasından ibarətdir. Möhtərəm Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi dərinməzmunlu nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı mühüm tövsiyələrdən biri fəal parlament diplomatiyasının həyata keçirilməsi, ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında bu imkanlardan uğurla istifadə edilməsi olmuşdur. Milli Məclis sədrinin Slovakiyada, ondan əvvəl baş tutan digər səfərlərində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi ilə bağlı çağırışlar etməsi, israrla bu məsələni gündəmə gətirməsi də məhz ölkə həqiqətlərinin daha geniş müstəvidə tanıdılması ideyasına xidmət edir.

Milli Məclisin nümayəndə heyətinin Bratislavaya rəsmi səfəri çərçivəsində aparılan danışıqlar zamanı Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün səsləndirilməsi də təqdirəlayiq bir addımdır. Spiker Sahibə Qafarova Slovakiya Respublikasının Baş naziri Eduard Heger, Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar, Slovakiya Respublikasının Xarici İşlər naziri İvan Korçokla görüşlərdə Azərbaycanın bu təşəbbüsünün həm regional miqyasda, həm də daha geniş coğrafiyada vəd etdiyi mühüm perspektivləri diqqətə çatdırıb.

Spiker cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirildiyini, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldığını xüsusi vurğulayaraq, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində yeni bir konsepsiya irəli sürdüyünü və ciddi iradə ortaya qoyduğunu ifadə edib. Bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə ciddi töhfə olacaq.
Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Azərbaycan qarşılıqlı maraqlara xidmət edən uğurlu əməkdaşlığa hər zaman hazırdır

Milli Məclisin sədri açıq şəkildə bəyan etdi ki, Azərbaycan hər zaman əməkdaşlığa açıq olan və əməkdaşlığı təşviq edən ölkədir. Azərbaycanın bugünədək irəli sürdüyü enerji, nəqliyyat və digər əməkdaşlıq platformaları bütün regionun inkişafına xidmət edib. Bu gün isə Vətən müharibəsindən sonra yeni reallıqlarda ölkəmiz əməkdaşlıq imkanlarından daha geniş yararlanmağı təklif edir. Azərbaycan bütün dövlətlərlə bir-birilərinin suveren hüquqlarına hörmətlə yanaşmaqla qarşılıqlı maraqlara xidmət edən uğurlu əməkdaşlığa hazırdır. Hesab edirəm ki, spiker Bratislavanın hakim siyasi dairələrinə bu mesajı çox aydın şəkildə çatdıra bildi.

Beləliklə, sadalananlar fonunda düşünürəm ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri kifayət qədər uğurlu oldu. Bu səfər həm qanunverici orqanlar arasında münasibətləri yenidən nəzərdən keçirməyə və prioritetləri dəyərləndirməyə, həm də Azərbaycanın ədalətli mövqeyini Slovakiya ictimaiyyətinə çatdırmağa imkan verdi.

Anar Məmmədov
Milli Məclisin deputatı


 
   
Xəbər lenti
“Bandotdel”in əməliyyatı ilə tutulan şəxslərə ağır cəza verildi
Bugün, 13:14
Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənəd İMZALANACAQ
Bugün, 11:57
Artur Rasi-zadənin səhhətində problem - xaricə aparıldı
Bugün, 11:52
"O geyimə görə anam məni danladı" - Əməkdar artist
Bugün, 10:36
Azərbaycanda fövqəladə hadisələr zamanı 36 nəfər ölüb
Bugün, 09:59
DÖVLƏT BAŞÇISI FÜZULİ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ
Dün, 19:22
Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərildi
Dün, 18:46
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Dün, 18:13
Bu tarixdən temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dün, 17:50
DİM bu həftə imtahan keçirəcək
Dün, 15:20
Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında - FOTOLAR (YENİLƏNİB)
Dün, 14:57
Bu şəxslər Türkiyəyə F-16-ların verilməməsini tələb etdi
Dün, 14:35
Azərbaycanın vaksin pasportları bu ölkədə tanınacaq
Dün, 14:15
Zəngilanda çalışmaq üçün bu iş yerləri təklif olunur - SİYAHI
Dün, 13:57
Azərbaycanda 3477 şagird COVID-19-a yoluxub - RƏSMİ
Dün, 13:25
Azərbaycanda 20 ildir vəzifədə çalışan şəxs İŞDƏN ÇIXARILDI
Dün, 11:54
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi
Dün, 11:34
Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır
Dün, 11:06
Xudayar Yusifzadənin anım günüdür
Dün, 10:19
Neft ucuzlaşdı
Dün, 09:47
İranla DAVAMIZ BİTDİMİ? - AKTUAL
Dün, 08:43
Vətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI
21-10-2021, 18:19
Həyat yoldaşı şəhidin anım mərasiminə gedərkən FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
21-10-2021, 17:48
Son sutkada yoluxmadan 20 nəfər ölüb
21-10-2021, 17:32
Prezident şəhid ailələri ilə bağlı qanuna DƏYİŞİKLİK ETDİ
21-10-2021, 17:18
Məktəblər bağlansa, yoluxma azalacaq? – AÇIQLAMA
21-10-2021, 15:03
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək
21-10-2021, 14:49
Azərbaycanda FACİƏ: Ana doğuş zamanı öldü
21-10-2021, 14:04
Prezident cəbhəyə yollandığı gün övladı doğulan şəhidin atası ilə görüşdü - Foto
21-10-2021, 13:11
İlham Əliyev İran-Ermənistan sərhədindəki yeni hərbi hissədə - Fotolar
21-10-2021, 12:32
İlham Əliyev və xanımı Zəngilanda - YENİLƏNİB
21-10-2021, 11:40
"Məktəblərin bağlanması məsələsi gündəmimizdə olmayacaq" - Fəxrəddin Qoca
21-10-2021, 11:38
Türkiyə 2022-ci ildə 5 ədəd amfibiya təyyarəsi ALACAQ
21-10-2021, 10:56
Bakıda polis əməkdaşı qəzaya DÜŞDÜ
21-10-2021, 09:23
Alimlərdən pandemiyadan daha təhlükəli qlobal fəlakət barədə XƏBƏRDARLIQ
21-10-2021, 09:03
Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq
21-10-2021, 08:30
Mincivan qəsəbəsinin və 20 kəndin azad edilməsindən bir il ötür – SİYAHI
21-10-2021, 08:07
Prezidentlə xanımının Zəngilan səfərindən FOTOLAR
21-10-2021, 07:39
Prezident xanımı ilə Zəngilana gedib
20-10-2021, 17:48
Jurnalistin cinayət işi məhkəməyə göndərildi
20-10-2021, 17:27
Yoluxanların sayı yenə artdı
20-10-2021, 16:59
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
20-10-2021, 14:37
Bu ölkə vətəndaşlarımız üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırdı
20-10-2021, 14:10
Mehriban Əliyeva Boğaziçi sammitinə fəxri qonaq kimi dəvət olundu
20-10-2021, 13:45
Şuşada Molla Pənah Vaqifin büstü qoyuldu
20-10-2021, 13:08
Qaxda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
20-10-2021, 12:25
Mehriban Əliyevadan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı PAYLAŞIM
20-10-2021, 12:00
Ərdoğan Nigeriyaya getdi
20-10-2021, 11:40
DTX rəisi BQXK-nin vitse-prezidenti ilə görüşdü
20-10-2021, 11:01
Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi
20-10-2021, 10:25
Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO
20-10-2021, 09:44
Mütəxəssislərdən “Super qrip” XƏBƏRDARLIĞI
20-10-2021, 09:02
Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da ÖLDÜ
20-10-2021, 08:43
Zəngilanın işğaldan azad edilməsindən bir il ötür - SİYAHI
20-10-2021, 08:27
Yoluxanların sayı yenə 2000-i keçdi
19-10-2021, 17:34
Bu qaydalar vergi işçilərinə də aid ediləcək - Baş nazirdən QƏRAR
19-10-2021, 17:27
Prezident Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM İMZALADI
19-10-2021, 16:50
Media islahatları haqda fərmanda dəyişiklik edildi
19-10-2021, 16:27
Prezident Valeh Ələsgərovu ordenlə TƏLTİF ETDİ
19-10-2021, 16:12
"Azərbaycana qarşı hər hansı təhdid olarsa..." - Nazirdən XƏBƏRDARLIQ
19-10-2021, 14:27
Ərdoğan bu tarixdə Azərbaycana gələcək
19-10-2021, 14:22
Türkiyə 10 ölkənin səfirini XİN-ə çağırdı
19-10-2021, 12:56
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
19-10-2021, 12:26
Laçında Quru Qoşunlarının təlimi başladı
19-10-2021, 11:48
Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi
19-10-2021, 11:16
Əməkdar artistin atası vəfat etdi
19-10-2021, 10:53
"İsrail İranın nüvə obyektlərini vurmaq üçün 1,5 milyard dollar ayırdı" - KİV
19-10-2021, 10:24
“44” hər yerdən görünəcək
19-10-2021, 09:51
Bu gün ÇL-də 8 matç var
19-10-2021, 08:07
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
18-10-2021, 14:31
Bakının bu məktəb-liseyi koronavirusa görə bağlanır
18-10-2021, 14:10
Sosial ödənişlərin artımının kimləri əhatə edəcəyi açıqlandı
18-10-2021, 13:47
Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB
18-10-2021, 13:19
"Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı
18-10-2021, 12:49
İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR
18-10-2021, 12:09
Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ
18-10-2021, 12:03
 
 
Təsisçi və baş direktor: Seyidov Rəfael
Ünvan: Binəqədi ray. Sulutəpə qəs. R.Allahverdiyev küç. ev131
Tel: (+99450) 264-31-31

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.